ATAA nümayəndələri “Şahdağ Quba & Truskavets” Müalicə-Sanatoriya Mərkəzinə səfər edib

Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının və “Şahdağ Quba & Truskavets Müalicə-Sanatoriya Mərkəzi”nin birgə təşkilatçılığı ilə ATAA üzvləri üçün tanışlıq məqsədli infotur təşkil olunub.

Təşkilatdan Turizmplus.az saytına verilən məlumata görə, infotur zamanı ATAA nümayəndələri Şahdağ Quba & Truskavets” Müalicə-Sanatoriya Mərkəzi, həmçinin Quba Şahdağ Truskavets VIP Amsar hotelinin fəaliyyəti, təqdim edilən tibbi və müxtəlif müəalicəvi prosedurlarla, eyni zamanda istirahət məqsədli xidmətlərlə tanış olublar.
Bununla yanaşı Assosiasiya üzvlərinə mərkəzdə aparılan infrastruktur işləri, sanatoriyanın yerləşdiyi ekoloji təmiz ərazizi, hotellərin müasir avadanlıqlarla təchiz edilmiş otaqları, qonaqlama imkanları, təqdim edilib, əməkdaşlıq imkanları müzakirə olunub.
Qeyd edək ki, Sanatoriya Mərkəzi ən son tibbi avadanlıqlarla təchiz edilib və burada şəkərli diabet, endokrinoloji, nevroloji və dayaq-hərəkət sistemi xəstəliklərinin və digər xəstəliklərin müalicəsi həyata keçirilir, eyni zamanda qonaqlara müxtəlif müalicə vannaları təqdim olunur.


