ATAA nümayəndələri “Arena Hotel Guba” hotelində – İNFO-TUR

Oktyabr 6, 2025 14:10 / 359
ATAA nümayəndələri “Arena Hotel Guba” hotelində – İNFO-TUR
A-
A
A+

Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının və“Arena Hotel Guba” hotelinin birgə təşəbbüsü ilə 20-ə yaxın ATAA nümayəndəsi üçün hotelə infotur təşkil olunub.

cbx-add

Təşkilatdan Turizmplus.az saytına verilən məlumata görə, səfərin məqsədi hotelin turizm potensialının qiymətləndirilməsi, ATAA üzvlərinin hotellə yaxından tanışlığının təmin olunması və yeni əməkdaşlıq imkanlarının genişləndirilməsidir.

Səfər zamanı ATAA nümayəndələrinə “Arena Hotel Guba” hotelinin yerləşmə imkanları, istirahət və əyləncə zonaları, eləcə də restoran və digər xidmət sahələri ilə bağlı ətraflı məlumat verilib, həmçinin qarşılıqlı əməkdaşlıq imkanları, mövsümi və qrup rezervasiyalarına dair xüsusi qiymət təklifləri müzakirə olunub.

Oxşar xəbərlər