Antalya turizmi çöküşə hazırlaşır? – ARTAN QİYMƏTLƏR, LƏĞV EDİLƏN UÇUŞLAR

Sentyabr 4, 2025 12:25 / 182
Antalya turizmi çöküşə hazırlaşır? – ARTAN QİYMƏTLƏR, LƏĞV EDİLƏN UÇUŞLAR
A-
A
A+

Türkiyə uzun illər boyu Avropa turistləri üçün ucuz və keyfiyyətli tətil məkanı kimi önə çıxırdı. Lakin son dövrlərdə yaşanan yüksək inflyasiya və artan həyat bahalılığı həm yerli vətəndaşlara, həm də xarici turistlərə mənfi təsir göstərir. Xüsusən Almaniyadan gələn turistlər başda olmaqla bir çox Avropa ölkəsindən səfərlərini qiymətlərin artması səbəbilə ləğv edir və daha sərfəli alternativ ölkələrə yönəlirlər.

cbx-add

Turizmplus.az xəbər verir ki, Almaniya mərkəzli turizm hava yolu şirkəti Condor Airlines, 2026-cı ilin yay mövsümü üçün Antalyaya uçuşlarını ləğv edib. Şirkət bu qərarın səbəbi kimi azalan tələbi göstərib və tələb enişinin əsas səbəbinin Türkiyədəki yüksək qiymətlər və həyat bahalılığı olduğunu vurğulayıb.

Türkiyədə artan iqtisadi çətinliklər təkcə turistləri deyil, ölkədə yaşayan əcnəbiləri də təsirləndirir. TÜİK-in məlumatına görə, son bir il ərzində 50 mindən çox rus vətəndaşı Türkiyəni tərk edib. Daha sərfəli iqtisadi şərtlər təklif edən Balkan ölkələri isə əcnəbilər üçün yeni məkanlara çevrilib.

Artan qiymətlər və həyat bahalılığı tətil xərclərini artırır. Bu vəziyyət Avropa turistlərini iqtisadi cəhətdən daha uyğun alternativ ölkələrə yönləndirir.

Antalya və Alanya kimi turizm mərkəzlərinə gələn turist sayının azalması turizm gəlirlərində enişə səbəb ola bilər. Xüsusilə yay mövsümündə rezervasiyaların ləğv edilməsi bu riski daha da artırır.

Oxşar xəbərlər