“ALEAN Company” turizm mütəxəssisləri üçün Çexiyaya FAM-TRIP təşkil edəcək
“ALEAN COMPANY” turoperatoru turizm sahəsində fəaliyyət göstərən mütəxəssislər üçün Çexiyanın məşhur müalicəvi kurortlarına xüsusi Fam Trip proqramı təşkil edir.
Turizmplus.az xəbər verir ki, Fam Trip 13–18 aprel 2026-cı il tarixlərini əhatə edəcək. Proqram çərçivəsində iştirakçılar Çexiyanın aparıcı müalicəvi kurortları və sanatoriya-otel kompleksləri ilə yerində tanış olacaq, müalicəvi prosedurları sınaqdan keçirəcək və kurortların müalicəvi həkimləri ilə birbaşa görüşlər keçirəcəklər.
Fam Trip-in qiyməti 285 avro təşkil edir və 2 nəfərlik otaqda 1 nəfər yerləşməsi nəzərdə tutulur.
Qiymətə daxildir:
-
Gecələmə
-
Proqram üzrə qidalanma
-
Müalicəvi prosedurlar
-
SPA mərkəzindən istifadə
-
Proqram üzrə transferlər
-
Ekskursiyalar
Qiymətə daxil deyil:
-
Aviabilet
-
Viza
Qeyd olunur ki, viza üçün səfirliyə təqdim edilməsi məqsədilə Fam Trip iştirakına dair rəsmi sənəd təmin ediləcək.
ALEAN COMPANY tərəfindən bildirilib ki, proqram yalnız turizm sahəsində çalışan peşəkarlar üçün nəzərdə tutulub və yerlər məhduddur.
Məlumat və qeydiyyat üçün:
+994 70 289 07 70 (WhatsApp)
info@alean-az.com

