«ALEAN COMPANY» tur operatorunun təşkilatçılığı ilə Çinə info-tur təşkil edilib – FOTOLAR
«ALEAN COMPANY» tur operatorunun təşkilatçılığı ilə 17–27 oktyabr 2025-ci il tarixlərində Çin Xalq Respublikasının Pekin və Sanya şəhərlərinə aparıcı turizm şirkətlərinin iştirakı ilə info-tur keçirilib.
Turizmplus.az xəbər verir ki, proqramın ilk üç günü Pekin şəhərində baş tutub. İştirakçılar Böyük Çin Səddi və Yasaq Şəhər kimi tarixi məkanları ziyarət edərək Çin xalqının zəngin tarixi və mədəniyyəti ilə yaxından tanış olublar.
İnfo-turun növbəti mərhələsi isə Haynan adasında yerləşən Sanya şəhərində davam edib. Öz təbabət möcüzələri ilə tanınan bu bölgədə iştirakçılar bir həftə ərzində müxtəlif otellərlə tanış olub, Çin təbabətinin müalicəvi üsullarını təcrübədən keçiriblər.
Proqram 27 oktyabr 2025-ci il tarixində uğurla yekunlaşıb və iştirakçılara sertifikatlar təqdim olunub.
Qeyd edək ki, bu proqram üzrə növbəti infoturun 2026-cı ilin aprel ayında keçirilməsi planlaşdırılır. Mövzu ilə bağlı əlavə məlumatlar yaxın günlərdə açıqlanacaq.

