Alanyanın Payallar bölgəsində fəaliyyət göstərən Simurg Halal Luxury Hotel bir neçə həftə öncə rəsmi şəkildə möhürlənmişdi. Lakin iddialara görə, möhürlü vəziyyətdə olan otelin otaqları çox sayda vətəndaşa satılıb və nəticədə turistlər qapıda çətin vəziyyətdə qalıblar.

Turizmplus.az xəbər verir ki, son aylarda maliyyə böhranına düşən və icra yolu ilə satılan otel ətrafında mübahisələr hələ də davam edir. Sosial şəbəkələrdə və müxtəlif platformalarda möhürlü obyektin otaqlarının satışa çıxarılması ilə bağlı paylaşımlar sürətlə yayılmaqdadır.