“Akra Hotels” hotel şəbəkəsi Ege bölgəsindəki ilk hotelini istifadəyə verdi

Aprel 6, 2026 16:34 / 40
“Akra Hotels” hotel şəbəkəsi Ege bölgəsindəki ilk hotelini istifadəyə verdi
A-
A
A+

Türkiyənin “Akra Hotels” otel zənciri Ege bölgəsindəki ilk investisiyası olan “Akra Didim” otelini Aydının Didim rayonunda istifadəyə verib. Cəmi 362 otaq tutumuna malik olan bu otel ilin bütün fəsillərində, yəni 12 ay boyunca fəaliyyət göstərib qonaqlarını qəbul edəcək.

cbx-add

Turizmplus.az xəbər verir ki, oteldə həm ailələr, həm də yalnız böyüklər üçün ayrıca istirahət zonaları yaradılıb, qonaqlara standart otaqlarla yanaşı müxtəlif süit seçimləri də təqdim olunub. Kompleks daxilində SPA və wellness mərkəzi, fitness sahələri, həmçinin tenis, padel və pickleball meydançaları fəaliyyət göstərir.

Uşaqlar üçün xüsusi fəaliyyət proqramları və atelyelər təşkil edib müvafiq infrastruktur yaradan otel rəhbərliyi, gələcəkdə burada müntəzəm mədəniyyət-incəsənət tədbirləri və canlı musiqi proqramları həyata keçirib fəaliyyət dairəsini genişləndirəcək.

Oxşar xəbərlər