Hazırkı vəziyyət və bir neçə hava məkanının bağlanması səbəbindən BƏƏ-yə və BƏƏ-dən həyata keçirilən bir çox Air Arabia uçuşları 4 mart 2026-cı il tarixində də ləğv edilib.
Turizmplus.az xəbər verir ki, Bakıdan və Bakıya planlaşdırılan aşağıdakı 4 mart tarixli reyslərin statusu “ləğv” olaraq göstərilir:
-
G9300 / G9301
-
3L730 / 3L731
Bununla yanaşı, Şarja və Əbu-Dabi hava limanlarının fəaliyyətinin hissəli şəkildə bərpa ediləcəyi açıqlanıb.
Sərnişinlər üçün seçimlər
Uçuşları ləğv edilmiş sərnişinlərə aşağıdakı alternativlər təklif olunur:
-
Ödənişsiz yenidən bronlaşdırma
-
Məbləğin vauçer şəklində tam geri qaytarılması
Ləğv edilmiş uçuşlarla bağlı sistemdə bildirişlər (alertlər) yaradılacaq. Sərnişinlərə və subagentlərə rezervasiyaları mütəmadi olaraq nəzarətdə saxlamaq, həmçinin bron zamanı kontakt bölməsində düzgün e-mail ünvanının qeyd olunmasına əmin olmaq tövsiyə edilir.
Onlayn və mobil tətbiq vasitəsilə alınmış biletlərlə bağlı dəyişikliklər aviaşirkətin rəsmi saytında “Manage Booking” (Bronu idarə et) bölməsi vasitəsilə icra oluna bilər.
Rezervasiyalara bildiriş daxil olmadığı halda, sərnişinlər azsales@airarabia.com elektron ünvanına müraciət edə bilərlər.
Qeyd olunur ki, növbəti günlərlə bağlı vəziyyət üzrə hazırda dəqiq məlumat mövcud deyil. Yazılı və şifahi sorğuların sayının yüksək olması səbəbindən sərnişinlərə rezervasiyalarını sistem üzərindən izləyərək məlumatları operativ şəkildə əldə etmələri tövsiyə olunur.

