Aİ: Ermənistana 270 milyon avro qrant dəstəyi ayrılacaq
Aİ növbəti 4 il ərzində Ermənistana 270 milyon avro məbləğində qrant dəstəyi verəcək.
“Mediaplus” xəbər verir ki, Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen də bəyan edib ki, Aİ Ermənistanın Rusiyaya qarşı sanksiyalardan yayınması ilə mübarizə səylərini alqışlayır.
Bundan əlavə, Aİ Ermənistanın iqtisadiyyatını və cəmiyyətini inkişaf etdirmək və dayanıqlı etmək üçün sərmayə qoyacaq.