ABŞ və İsrail zərbələri nəticəsində Səfəvilər dövründə inşa edilən tarixi saray zərər görüb – FOTOLAR
İranda yerləşən tarixi Qırx Sütun Sarayı ABŞ və İsrailin endirdiyi zərbələr nəticəsində ciddi zərər görüb.
Turizmplus.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Esmail Baghaei sosial şəbəkə platforması X üzərindən məlumat verib.
Onun sözlərinə görə, İsfahan şəhərində yerləşən sarayın bir hissəsi zərbələr nəticəsində dağılıb. Tarixi abidə UNESCO-nun Dünya İrs Siyahısına daxil olan kompleksin tərkib hissəsidir.
Qeyd edək ki, XVII əsrdə Səfəvilər dövründə tikilən Qırx Sütun Sarayı İranın ən mühüm tarixi və memarlıq abidələrindən biri hesab olunur və hər il minlərlə turist tərəfindən ziyarət edilir.
Hazırda hadisə ilə bağlı zərərin miqyası və bərpa imkanları barədə əlavə məlumat verilməyib.

