AZAL-ın Dubay reysləri ilə bağlı nə baş verir? – SATIŞLAR DAYANDIRILIB?

Sentyabr 5, 2026 17:52 / 105
AZAL-ın Dubay reysləri ilə bağlı nə baş verir? – SATIŞLAR DAYANDIRILIB?
A-
A
A+

Azərbaycan Hava Yollarının (AZAL) Bakı–Dubay istiqamətində reysləri ilə bağlı qeyri-müəyyənlik yaranıb.

cbx-add

Turizmplus.az-ın apardığı araşdırmaya görə, Bakı–Dubay reysləri hazırda həm GDS sistemlərində, həm də AZAL-ın rəsmi saytında yaxın tarixlər üçün görünmür. AZAL-ın saytında Bakı–Dubay istiqaməti üzrə uçuş səhifəsi mövcud olsa da, hazırda axtarış nəticələrində yaxın tarixlər üzrə reyslər təqdim edilmir. 

Məlumata görə, istiqamət üzrə növbəti mümkün uçuş 31 oktyabr 2026-cı il tarixinə görünür.

Bununla belə, AZAL tərəfindən Bakı–Dubay reyslərinin ləğv edilməsi və ya müəyyən müddətə dayandırılması ilə bağlı hazırda rəsmi açıqlama yayılmayıb. Bu səbəbdən reyslərin sistemlərdən çıxarılmasının səbəbi ilə bağlı dəqiq nəticə çıxarmaq mümkün deyil.

Qeyd edək ki, Bakı–Dubay reysləri daha əvvəl, 2026-cı ilin mayında yenidən bərpa edilmişdi. 

Oxşar xəbərlər