Florian Zenqstşmid: “Turizm sektorunda mövcud qanunvericiliyin yenilənməsi zəruridir”

İyul 9, 2026 13:45 / 148
Florian Zenqstşmid: “Turizm sektorunda mövcud qanunvericiliyin yenilənməsi zəruridir”
A-
A
A+

Azərbaycanda turizm sektorunda son illərdə baş verən dəyişikliklər mövcud qanunvericiliyin yenilənməsini zəruri edib.

cbx-add

Turizmplus.az “Report”a istinadən xəbər verir ki, bunu Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədri Florian Zenqstşmid Bakıda keçirilən “İqtisadi artımı və diversifikasiyanı təmin etmək üçün Azərbaycanın turizm potensialının açılması” adlı tədbirdə bildirib.

Onun sözlərinə görə, 2021-ci ildə qəbul edilən “Turizm haqqında” qanun sektorun inkişafına mühüm töhfə versə də, hazırkı mərhələdə onun təkmilləşdirilməsinə ehtiyac yaranıb: “Bugünkü qiymətləndirməmiz ondan ibarətdir ki, son bir ildə baş verən proseslər fonunda qanunun yenilənməsi artıq zəruridir. Dövlət Proqramı qəbul edildikdən sonra proqramda nəzərdə tutulan tədbirlərin icrasını təmin etmək məqsədilə “Turizm haqqında” qanuna müvafiq dəyişikliklərin edilməsi planlaşdırılır. 2018-ci ildən etibarən Azərbaycanda dayanıqlı və rəqabətqabiliyyətli turizm ekosisteminin formalaşdırılması istiqamətində ardıcıl islahatlar həyata keçirilir. Bu çərçivədə yeni turizm qanunu, standartlaşdırma sistemi, hotellərin ulduz təsnifatı, hotel assosiasiyası və tur bələdçilərinin sertifikatlaşdırılması mexanizmləri yaradılıb”.

Oxşar xəbərlər