Türk Hava Yolları və Alde Tur-un təşkilatçılığı ilə Litvaya media-tur keçirilib – FOTOREPORTAJ
Türk Hava Yolları və Litvanın rəsmi tərəfdaşı olan Alde Tur şirkətinin təşkilatçılığı ilə Azərbaycan media nümayəndələri üçün Litvaya media-tur həyata keçirilib. Səfərin məqsədi Litvanın turizm potensialı, sağlamlıq və sanatoriya xidmətləri, eləcə də yeni istiqamətlərin təbliği olub.
Turizmplus.az xəbər verir ki, media-tur iştirakçıları ilkin olaraq İstanbul Hava Limanında Turkish Airlines Business Lounge services at Istanbul Airport imkanlarından yararlanıb, daha sonra Türk Hava Yollarının Business Class uçuş təcrübəsi ilə yaxından tanış olublar. Uçuş zamanı on-board Wi-Fi xidmətinə əlavə olaraq, Flying Chef konsepti çərçivəsində təqdim olunan xüsusi menyular, zəngin in-flight entertainment sistemi və yüksək keyfiyyətli catering xidməti media nümayəndələrinin diqqətinə çatdırılıb. Qeyd olunub ki, bu xidmətlər Türk Hava Yollarının Skytrax mükafatlı premium uçuş təcrübəsinin əsas komponentlərindəndir.

Səfər proqramı Litvanın iki əsas istiqamətini — Vilnüs və Druskininkai şəhərlərini əhatə edib. Vilnüsdə media nümayəndələrinə şəhərin tarixi abidələri, mədəniyyət məkanları və müasir qonaqlama infrastrukturu barədə ətraflı məlumat verilib. Druskininkai mərhələsində isə iştirakçılar şəhərin beynəlxalq səviyyədə tanınan sanatoriya və sağlamlıq mərkəzlərini ziyarət edərək təqdim olunan müalicə və reabilitasiya proqramları ilə tanış olublar.
Media-tur zamanı Azərbaycanda Litvanın rəsmi nümayəndəsi kimi fəaliyyət göstərən Alde Tur şirkəti tərəfindən Litva sanatoriyalarına dair xüsusi paket satışları haqqında təqdimat keçirilib. Bildirilib ki, şirkət uzunmüddətli sağlamlıq və istirahət paketləri vasitəsilə bu istiqamətin Azərbaycan bazarında inkişafına töhfə verir.
Sonda media nümayəndələri Türk Hava Yolları və Alde Tur-un təşkilati dəstəyini yüksək qiymətləndirib, səfərin Litvanın turizm imkanlarının Azərbaycanda daha geniş tanıdılmasına mühüm töhfə verəcəyini vurğulayıblar.
GÜNEL FƏRHADLI

