2026 yay mövsümündə Türkiyənin Antalya və Ege sahillərində açılacaq lüks hotellərin SİYAHISI

Oktyabr 29, 2025 16:04 / 422
2026 yay mövsümündə Türkiyənin Antalya və Ege sahillərində açılacaq lüks hotellərin SİYAHISI
A-
A
A+

Rusiyanın Tur Operatorları Birliyinin (ATOR) bülletenində yer alan məlumata görə, Coral Travel, PEGAS Touristik, FUN&SUN, ANEX, Intourist, Russian Express və ITM Group 2026-cı ilin ən çox gözlənilən hotellərini açıqlayıb.

cbx-add

Turizmplus.az xəbər verir ki, yeni mövsümdə Türkiyənin Antalya və Ege bölgələrində bir neçə lüks “hər şey daxil” konseptli otelin fəaliyyətə başlaması planlaşdırılır.

Açılması planlaşdırılan otellər:

  • Voyage Kundu (Antalya-Kundu): 5 ulduzlu ailəvi istirahət mərkəzi 2026-cı ilin may ayında açılacaq. 440 otaqdan ibarət olan oteldə lagun swim-up otaqlar, ikiotaqlı ailə seçimləri, tematik restoranlar, barlar, akvapark və özəl çimərlik mövcuddur. Tesis 8 noyabra qədər fəaliyyət göstərəcək.

  • NG Sign Bodrum: 5 ulduzlu “ultra hər şey daxil” konseptli otel 2026-cı ilin mayında qapılarını açacaq. 290–750 kv.m arasında dəyişən villalar, şəxsi hovuzlar, üç a la carte restoran, barlar və SPA mərkəzi ilə romantik və sakit istirahət təcrübəsi təqdim edəcək.

  • NG Sign Kemer (Antalya-Göynük): NG Phaselis Bay yaxınlığında yerləşən 5 ulduzlu otel 237 otaq və 41 villadan ibarət olacaq. Təsis restoranlar, barlar, akvapark, SPA və idman sahələri ilə təchiz ediləcək.

  • Akra Didim Resort & SPA (Aydın-Didim): 379 otaq və villadan ibarət 5 ulduzlu otelin 2026-cı ilin aprel ayında açılması planlaşdırılır. Oteldə ailə və böyüklər üçün ayrı zonalar, hovuzlar, çimərlik, sağlamlıq və idman məkanları yer alacaq.

  • TUI Blue Maviss Antalya: 500 otaqlı bu 5 ulduzlu otel 2026-cı ilin aprelində fəaliyyətə başlayacaq. Akvapark, restoranlar, uşaq klubu, hovuz sahələri və wellness imkanları ilə seçiləcək.

Coral Travel şirkəti 2026 yay mövsümündə həmçinin Alanyadakı Eftalia Sol (1 iyun) və Dalamandakı Green Nature Sarigerme (25 aprel) otellərini də istifadəyə verəcək.

Intourist məlumatına görə, Antalyada yerləşən Perge Resort & Suites də 2026-cı ilin yayında qonaqları qəbul etməyə başlayacaq. Hotel “ultra hər şey daxil” konseptində xidmət göstərəcək.

Oxşar xəbərlər