Heydər Əliyev Beynəlxalq Aeroportunda taksi xidmətlərinin təkmilləşdirilməsi çərçivəsində yeni taksi terminalı istifadəyə verilib. Bu yenilik sayəsində sərnişinlər artıq sürücülərin ixtiyari qiymətləri ilə qarşılaşmayacaq, əvəzində isə şəffaf və sabit tariflər tətbiq olunacaq.

Turizmplus.az yerli mediada yayılan informasiyalara istinadən xəbər verir ki, yeni sistem həm yerli sakinlərin, həm də ölkəmizə səfər edən turistlərin rahat və proqnozlaşdırıla bilən səyahətini təmin edəcək. Terminalda aeroportdan şəhər mərkəzinə və əsas otellərə gedən marşrutlar üçün standart qiymətlər müəyyən edilib.
Tariflər:
-
Açılış qiyməti (3 km-ə qədər) – 6 AZN
-
3–25 km məsafə – hər km üçün 0.95 AZN
-
26 km-dan yuxarı məsafə – hər km üçün 0.70 AZN
Qiymətlər həm Azərbaycan manatı (AZN), həm də ABŞ dolları (USD) ilə göstərilir.
Əsas istiqamətlər və tariflər:
-
20 Yanvar M/S – 29 AZN / 17 USD
-
Əhmədli M/S – 25 AZN / 14 USD
-
Baku Marriott Hotel Boulevard – 26 AZN / 15 USD
-
Hilton Baku – 26 AZN / 15 USD
-
JW Marriott Absheron Baku – 26 AZN / 15 USD
-
Winter Park Hotel – 27 AZN / 16 USD
-
Courtyard Baku – 27 AZN / 16 USD
-
The Merchant Baku – 27 AZN / 16 USD
-
Ibis Baku City Hotel – 25 AZN / 15 USD
-
Holiday Inn Hotel – 25 AZN / 15 USD
-
Altus – 24 AZN / 14 USD
-
Fairmont Hotel Baku – 29 AZN / 17 USD
-
Four Seasons Hotel Baku – 28 AZN / 16 USD
-
Sheraton Baku Intourist Hotel – 28 AZN / 16 USD
-
InterContinental Hotel – 27 AZN / 16 USD
-
Sea Breeze Hotel/Resort – 30 AZN / 18 USD
-
Excelsior Hotel – 24 AZN / 14 USD
-
Melissa Park – 29 AZN / 17 USD
-
Stonepay Royal Park – 30 AZN / 18 USD