“Ölkədaxili səfərlərin təxminən 40 faizi yay aylarının payına düşür” – DTA NÜMAYƏNDƏSİ

Sentyabr 1, 2025 11:52 / 135
“Ölkədaxili səfərlərin təxminən 40 faizi yay aylarının payına düşür” – DTA NÜMAYƏNDƏSİ
A-
A
A+

Avqustun 30-da Dövlət Turizm Agentliyi Şüvəlan qəsəbəsindəki yeni ictimai çimərliklərə mediatur təşkil edib. Mediatur çərçivəsində yay turizm mövsümünün ilkin nəticələri açıqlanıb. Eyni zamanda Şüvəlanda 5 sahibkarın fəaliyyət göstərdiyi 3 çimərlikdə dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilən abadlıq tədbirləri barədə məlumat verilib.

cbx-add

Turizmplus.az xəbər verir ki, mediatur zamanı Dövlət Turizm Agentliyinin sədrinin müşaviri Kənan Quluzadə bildirib ki, il ərzində yerli turistlər tərəfindən həyata keçirilən ölkədaxili səfərlərin ümumi sayı 20 milyondan çox olur.

“Həmin səfərlərin də təxminən 40 faizi yay aylarının payına düşür. Bu dövrdə regionlara səyahətlərin sayında artımla yanaşı, regionlardan Bakıya, xüsusilə də çimərlik turizmi məqsədilə səfərlərin intensivliyi müşahidə olunur”, – deyə sədr müşaviri qeyd edib.

Oxşar xəbərlər