“Etihad Airways” bu tarixdən Bakı–Abu Dabi reyslərinə başlayacaq

İyul 30, 2025 10:54 / 328
“Etihad Airways” bu tarixdən Bakı–Abu Dabi reyslərinə başlayacaq
A-
A
A+

Birləşmiş Ərəb Əmirliklərinin milli aviadaşıyıcısı Etihad Airways 2026-cı ilin mart ayından etibarən Bakı – Abu Dabi istiqamətində birbaşa uçuşlara start verəcək.

cbx-add

Turizmplus.az xəbər verir ki, şirkətin yaydığı açıqlamaya əsasən, bu marşrut həftədə 10 dəfə həyata keçiriləcək.

Etihad-ın İcraçı direktoru Antonoaldo Neves bildirib ki, Bakı da daxil olmaqla əlavə edilən yeni istiqamətlər şirkətin strateji genişlənmə planının bir hissəsidir. Onun sözlərinə görə, bu addım həm turizm, həm də ticarət əlaqələrinin güclənməsinə töhfə verəcək.

Etihad Airways 2026-cı ilin martında Bakı ilə yanaşı daha bir neçə istiqamətdə uçuşlara başlayacaq. Bunlara İrəvan, Tbilisi, Almatı, Buxarest və Daşkənd daxildir. Şirkət 2025-ci ilin noyabrından isə Səudiyyə Ərəbistanının Mədinə şəhərinə reysləri işə salacaq.

Oxşar xəbərlər