ATAA üzvləri Venesuallada – FOTOLAR
![ATAA üzvləri Venesuallada – FOTOLAR ATAA üzvləri Venesuallada – FOTOLAR](https://turizmplus.az/wp-content/uploads/2024/12/WhatsApp-Image-2024-12-09-at-15.30.37-1200x900.jpeg)
Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının və Venesuelanın Azərbaycandakı səfirliyinin birgə təşəbbüsü ilə bir sıra ATAA üzvləri üçün Venesuelanın turistik məkanlarına infotur təşkil edilib.
![cbx-add](https://turizmplus.az/wp-content/uploads/2024/12/4300_2.gif)
Təşkilatdan Turizmplus.az saytına verilən məlumata görə, səfər zamanı ATAA üzvləri “Fitven 2024” turizm sərgisində iştirak edib, Venesueladan olan turizm şirkətləri və turoperatorlarla, eləcə də tədbirə qatılan digər turizm sənayesinin nümayəndələri ilə B2B görüşlər keçirib, əməkdaşlıq əlaqələrini və iş birliyini müzakirə ediblər.
12 günlük səfər çərçivəsində infotur iştirakçıları həmçinin paytaxt Karakasın tarixi yerlərini, Taçira ştatını, Margarita adasını və Kanaima milli parkını, Haka şəlaləsini ziyarət edib,yerləşmə obyektləri ilə tanış olublar.