İtaliyanın müxtəlif hotellərinə dair uduşlu webinar keçiriləcək
9 iyul tarixində Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının təşkilatçılığı ilə İtaliyanın “Forte Village Resort”, “Palazzo Fiuggi wellness” və “Palazzo Doglio” hotellerinin online webinar-ı keçiriləcək.
Turizmplus.az xəbər verir ki, webinarda hotel rəhbərliyi tərəfindən iştirakçılara ətraflı məlumat veriləcək və həmçinin yeniliklər diqqətinizə çatdırılacaq.
Əlavə olaraq da webinar çərçivəsində hoteldə 2 gecəlik vauçer uduşu da baş tutacaq.
Qeyd edək ki, webinara yalnız Azərbaycan Turizm Agentlikləri Assosiasiyasına üzv şirkətlər qoşula bilər.