“Exclusive Travel Dubai” şirkəti Bakıda 3 yaşını qeyd edəcək — TƏDBİR

photo 2023 08 15 13 56 03 1

“Exclusive Travel Dubai” şirkəti Bakıda 3 yaşını qeyd edəcək.

Turizmplus.az xəbər verir ki, sentyabrın 5-də baş tutacaq tədbir «Atelier 61 event hall»da keçiriləcək. Tədbirdə rəsmi qurumların, media nümayəndələrinin və 80-dən çox turizmçinin iştirakı gözlənilir. Tədbirə dəvət “Exclusive Travel Dubai” şirkətinin partnyorları üçün nəzərdə tutulub.

«Tourism Day Private Event 2023» tədbirinin biletləri satışda

Qeyd edək ki, “Exclusive Travel” «Discover Department of Economy and Tourism in Dubai» tərəfindən rəsmi olaraq tanınan və 5 ildən çox fəaliyyət göstərən səyahət agentliyidir.

Turizmplus.az xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərində fəaliyyət göstərən “Exclusive Travel Dubai” həm fərdi səyahət edənlərə, həm də korporativ müştərilərə xidmət göstərməklə ölkədaxili transferlər, qeyri-adi turlar, lüks avtomobillərin icarəsi, vertolyot və digər bütün səyahət prosedurlarını yerinə yetirir.

Belə ki, 2020-ci ildən Birləşmiş Ərəb Əmirliklərində istifadəyə verilən “Exclusive Travel Dubai” Azərbaycan, Rusiya , Qazaxıstan, Özbəkistan, Türkiyə və digər ölkələrdən BƏƏ-yə səyahət edən müştərilərə xidmət göstərir.

Turizm şirkətləri

Menecerlər