«BTB Tours» açıqladı: 28 iyundan bu istiqamətə çarter reyslər gözlənilir — FOTOREPORTAJ

IMG 8126 scaled

İyunun 28-dən etibarən Azərbaycandan Şimali Kipr Türk Cümhuriyyəti istiqamətinə yeni çarter uçuşlar təşkil ediləcək.

Turizmplus.az xəbər verir ki, mayın 26-da «JW Mariott Absheron» hotelində Şimali Kipr istiqamətinin təqdimatı baş tutub. Tədbirdə Şimali Kiprdə fəaliyyət göstərən məşhur 6 hotelin nümayəndəsi 150-ə yaxın yerli turizmçilərlə bir araya gəlib. Təqdimat zamanı bildirilib ki, «BTB Tours» tur-operatoru bu istiqamətə tur paketlərinin satışına başlayır. Uçuşlar 28 iyun — 6 sentyabr tarixlərində həftədə 1 dəfə olmaqla həyata keçiriləcək.

Şirkətin Azərbaycan ofisini direktoru Fərid Əliyev saytımıza açıqlamasında qeyd edib ki, Şimali Kipr yenilikləri kəşf etmək, günəşin dadını çıxarmaq və dənizdən həzz almaq istəyənlər üçün mükəmməl istiqamətdir.

«Şirkətimiz bu uçuşların müştərilərimizə yüksək keyfiyyətli xidmət, təhlükəsizlik və rahatlıq təmin edəcəyinə söz verir. Bundan əlavə turizm agentlikləri üçün daha uyğun komissiyalar, Bafra bölgəsində qalan turistlərə ödənişsiz daxili tur və hotele erkən giriş xidməti təklif edəcəyik», — deyə Fərid Əliyev qeyd edib.

IMG 8052 scaled

Qeyd edək ki, «BTB Tours» 2016-cı ildənSalih Gözcü tərəfindən 2016 İldə Dubayda yaradılmış, və artıq 2022 ci ildə Dubay, Türkiyə, Misir- də gəlmə turizmi fəliyyəti, Azərbaycan, Qazaxstan, Qırğızstan və Özbəkistanda isə Tur Operator fəaliyyət göstərən bir qurumdur.

IMG 7934 scaled

IMG 8221 scaled

IMG 8314 scaled

IMG 8326 scaled

IMG 8356 scaled

 

Menecerlər