İstanbul Çempionlar Liqasının finalına hazırlaşır — QİYMƏTLƏR ARTIB

114773

İyunun 10-da İstanbulun ev sahibliyi ilə keçiriləcək UEFA Çempionlar Liqasının finalçıları bəlli olub. 75 min tamaşaçı tutumlu Atatürk Olimpiya Stadionunda oynanılacaq final matçında İngiltərənin «Mançester Siti» ilə İtaliyanın «İnter» komandaları qarşılaşacaq. Dünyanın ən çox baxılan idman yarışları arasında yer alan UEFA Çempionlar Liqasının finalı həm klublar, həm oyunçular, həm də finalın keçiriləcəyi şəhər üçün böyük iqtisadi əhəmiyyət daşıyır.

Turizmplus.az turizmajansi.com-a istinadən xəbər verir ki, möhtəşəm final çərçivəsində İstanbula təxminən 50 min turistin gəlməsi və ən az 60 milyon avro xərcləməsi gözlənilir. Finalı qazanan klub bu mövsüm qrup oyunları, son 16 tur, 1/4 final və yarımfinal oyunları ilə birlikdə 84 milyon avro qazanacaq.

TÜRYİD sədri Kaya Dəmirer seçkilər səbəbiylə may ayını ehtiyatlı keçirən xarici turizmin iyun ayına hazırlaşdığını açıqlayıb.

«Sektortəxirə salınan tələblərə əlavə olaraq iyun ayında keçiriləcək final matçı üçün ümidlidir. Qiymətlər çox yüksəlib. Dəbdəbəli məkanlar və terraslar öz hazırlıqlarını görür. İş vaxtından sonra da işləməyə hazırlaşırıq. Təbii ki, Michelin ulduzlu restoranlara əlavə tələbatın olacağını düşünürəm”.

Menecerlər