YAP Mərkəzi Aparatının rəhbəri Ruslan Quliyev və Elnur Rəhimovla görüşüb

WhatsApp Image 2023 05 18 at 14.13.34

Mayın 17-də Yeni Azərbaycan Partiyası sədrinin müavini — Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Cənubi Koreyanın Busan şəhərində “İqlim böhranı dövründə Asiya biznesinin imkanları və çətinlikləri” mövzusunda mayın 2-də keçirilmiş ICAPP Biznes Şurasının 1-ci iclasında Azərbaycanı təmsil etmiş “Millennium Tourism & Congress DMC”nin həmtəsisçisi və baş icraçı direktoru Ruslan Quliyevi və “Bakı Tikiş Evi ASC”nin sədr müavini Elnur Rəhimovu qəbul edib.

Turizmplus.az xəbər verir ki, görüşdə Azərbaycan nümayəndə heyətinin tədbirdə aktiv iştirakı və məruzələri, tədbirin əhəmiyyəti və sonrakı dövrdə Azərbaycanın bu qurumda sistemli fəaliyyəti ilə bağlı geniş fikir mübadiləsi aparılıb.

Həmçinin, Azərbaycanda fəaliyyət göstərən sahibkarlıq subyektrlərinin Biznes Şuranın gələcək toplatılarında aktiv iştirakı və Asiya ölkələrinin biznes dairələri ilə əlaqələrinin daha konkret və faydalı əsaslarda qurulmasının əhəmiyyəti vurğulanıb.

Menecerlər