Ümumdünya Turizm Təşkilatı ən çox səyahət edilən ölkələri açıqlayıb

UNWTO 2

Ümumdünya Turizm Təşkilatı (UNWTO) 2022-ci il üçün turizm məlumatlarına dair hesabat dərc edib.

Turizmplus.az xəbər verir ki, hesabata görə, 2022-ci ildə turizm 2019-cu illə müqayisədə 34 faiz geriləyib. Dünyada 963 milyon insan səyahət edib və xərclərin ümumi məbləği 1 trilyon 12 milyard dollara çatıb. Adambaşına düşən orta xərc 1051 dollar olub.

Məlumata görə, ən çox ziyarət edilən ölkələr müvafiq olaraq Fransa, İspaniya, ABŞ və Türkiyə olub.

Hesabata görə, 2022-ci ildə Türkiyəni 50 milyon 450 min turistin ziyarət edib. Turistlərin 67 faizi Avropa, 16 faizi Amerika, 10 faizi Asiya, 7 faizi Yaxın Şərq və 5 faizi Afrikaya üstünlük verib.

Menecerlər