Azərbaycan turizmçiləri “Riyad Səyahət Sərgisi 2023”-də iştirak edəcək

347435910 134448522961396 7642084855986308781 n

Azərbaycan Turizm Bürosu Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən “Riyad Səyahət Sərgisi 2023”-də iştirak edəcək.

Turizmplus.az xəbər verir ki, hər il keçirilən sərgi Yaxın Şərq regionu və Körfəz ölkələri üzrə turizm sənayesi nümayəndələrini bir araya toplayaraq yeni əməkdaşlıqlar üçün faydalı imkanlar yaradan beynəlxalq platforma kimi çıxış edir.

22-24 may tarixlərində keçirilən bu aparıcı sərgidə 13 yerli tərəfdaşın iştirakı ilə birgə xarici turizm şirkətləri, turagentliklər və hava yolu şirkətləri ilə qarşılıqlı turist axınına təkan verəcək fəaliyyətlər müzakirə olunacaq, həmçinin Azərbaycanın əsas turizm məhsulları və xidmətlərini sərgi ziyarətçilərinə nümayiş etdiriləcək.

Menecerlər