Turizm şirkətlərinin nümayəndələri üçün səhər yeməyi və reklam turu təşkil edilib — FOTOLAR

photo 2023 05 11 16 00 25

Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının dəstəyi, «Bridge» şirkətlər qrupunun təşkilatçılığı ilə turizmçilər üçün biznes səhər yeməyi və reklam turu baş tutub.

Turizmplus.az xəbər verir ki, «Bazar Turkish Cuisine» restoranında təşkil edilmiş səhər yeməyi zamanı ATAA nəzdində Gəlmə Turizm Komissiyasının 30-dan çox üzvünə bu restoranın dəyişilən konsepti və yenilənmiş menyusu barədə məlumat verilib, birgə əməkdaşlığa dair məsələlər müzakirə edilib.

Tədbir zamanı, «Bridge» şirkətlər qrupunun nümayəndəsi Elçin Zeynalabdin «Dinamo Boutique Hotel»inin yenidən fəaliyyətə başlayacağını nəzərə çatdırıb. Hotel haqqında turizmçilərə ilkin məlumatlar verilib. E.Zeynalabdinin sözlərinə görə, yaxın günlərdə keçiriləcək açılış mərasimində ATAA nümayəndələrinin də iştirakı gözlənilir.

photo 2023 05 11 16 00 57

Səhər yeməyindən sonra turizm şirkətlərinin nümayəndələri «HAMAMBATH» kompleksinə yola düşüb. Məkan barədə turizmçilərə ətraflı məlumat verilib, biznes əlaqələri müzakirə olunub. Bildirilib ki, yalnız ATAA üzvü olan şirkətlərin xarci turistləri ailə şəklində (FAMILY PACKAGE) olaraq VIP unitlərdən istifadə edə biləcəklər.

photo 2023 05 11 16 00 44 1

photo 2023 05 11 16 01 19

Menecerlər