Rusiya və Gürcüstan arasında səyahətlərə dair qadağalar aradan qalxır

166013977562f3b8ff2acc14.68342052

Rusiya Gürcüstan vətəndaşları üçün viza tələbini ləğv edib. Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Gürcüstan vətəndaşları üçün viza rejiminin ləğvi haqqında fərman imzalayıb.

Turizmplus.az xəbər verir ki, bununla yanaşı prezident Putin Rusiya aviaşirkətlərinin uçuşlarına və Gürcüstana turpaket satışına qoyulan qadağanı ləğv edib.

Müvafiq fərman mayın 10-da dərc olunub. Rusiya aviaşirkətlərinin Gürcüstana uçuş qadağası mayın 15-dən götürüləcək.

Menecerlər