Dünya turizmi üçün növbəti təhdid — UNWTO AÇIQLADI

vacation inflation travel tourism opti

Qlobal turizmin pandemiyadan əvvəlki səviyyəyə qayıtmaq yolunda olduğunu açıqlayan Ümumdünya Turizm Təşkilatı (UNWTO) bu ilin birinci rübündə səyahət edənlərin sayının keçən ilin eyni dövrü ilə müqayisədə iki dəfə çox olduğuna diqqət çəkib.

Turizmplus.az xəbər verir ki, UNWTO tərəfindən açıqlanan Dünya Turizm Barometrində, yanvar-mart ayları arasında beynəlxalq səyahətlərin pandemiyadan əvvəlki dövrün 80 faizinə çatdığı qeyd edilib.

Hesabatda göstərilən dəyərləndirməyə görə, yüksək inflyasiya, artan nəqliyyat və yerləşdirmə xərcləri beynəlxalq turizmin effektiv bərpası üçün ən böyük təhlükədir.

Artan xərclərə görə turistlərin tətil üçün aşağı büdcəli və ya yaxın məsafəli seçimlərə üz tutacağını bildirən UNWTO hesabatında Rusiya-Ukrayna müharibəsi və digər geosiyasi səbəblərə görə qeyri-müəyyənliklər və risklər olduğu qeyd edilib.

Menecerlər