Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin toplantısı keçirilib

57f08a01 8207 4cda 9401 fa94337d215a

Mayın 5-də Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin növbəti toplantısı keçirilib.

ATAA-dan Turizmplus.az saytına verilən məlumata görə, iclasda Assosiasiyanın sədri Göydəniz Qəhrəmanov qurumun son iki ayda gördüyü işlər, dövlət qurumları və xarici ölkə səfirlikləri ilə keçirilən işgüzar görüşlər, üzv şirkətlərin beynəlxalq sərgilərdə iştirakı haqqında İdarə Heyəti üzvlərinə məlumat verib.

ATAA-sədri qarşıdakı günlərdə banklarla əməkdaşlıq, qarşılıqlı biznes əlaqələrinin qurulması istiqamətində Azərbaycan Banklar Assosiasiyası ilə görüşün keçiriləcəyini, şirkətlərin maliyə-kredit sahəsində üzləşdiyi bir sıra çətinliklərin həllinə dair müzakirələr aparılacağını qeyd edib.

Göydəniz Qəhrəmanov həmçinin turizm şirkətlərinə də şamil olunan Turizm İnformasiya Mərkəzinin (Turizm Reyestri) tədbiqinə də toxunaraq bu platformanın turizm sənayesinin inkişafı və sağlam rəqabətin qorunub saxlanması üçün vacibliyindən söz açıb və şirkətləri qeydiyyatdan keçməyə çağırıb.

Menecerlər