Bazara yeni daxil olan tur-operator müştəri ofisi açıb? — AÇIQLAMA

1678458834051

 

Xəbər verdiyimiz kimi, məşhur «Fun&Sun» tur-operatoru aprel ayında Azərbaycan turizm bazarına daxil olub. Növbəti günlərdə isə sənaye nümayəndələri tərəfindən tur-operatorun adı altında birbaşa müştərilərlə fəaliyyət göstərən ofisin açıldığına dair xəbərlər yayılmağa başlayıb.

Turizmplus.az saytı məsələyə aydınlıq gətirmək üçün «Fun&Sun» şirkətinin Azərbaycan nümayəndəliyinin rəhbəri Erkin Kərimli ilə əlaqə saxlayıb. E.Kərimli faktı təsdiqləyib.

«Həqiqətən «Fun&Sun» brendi adı altında Azərbaycanda iki ofis fəaliyyət göstərir: b2b və b2c.  Bunlar hər biri ayrı-ayrı ofislərdir və bir-birləri ilə bağlılıqları yoxdur. Hətta birbaşa müştərilərlə çalışan ofisin Azərbaycanda fəaliyyət göstərən tur-operatorlar və b. turizm subyektləri ilə müqavilələri də var. Nəzərinizə çatdırım ki, bu brend bütün MDB məkanında eyni iş prinsipi ilə çalışır. Çünki, brend qohumluğu olan iki şəxsə aiddir. Bu ofislərin bir-birinə aidiyyatı yoxdur. Maliyyə məsələləri, hesabatlar və d. məsələlər də tam fərqlidir».

— Müştərilərlə çalışan ofis «Fun&Sun» tur-operatorundan paketlər əldə etdikdə hansısa güzəştlər edilir?

«Xeyr, heç bir güzəşt yoxdur. Bütün qiymətlər və komissiyalar tamamilə digər şirkətlərə uyğundur. Heç bir güzəştdən söhbət gedə bilməz», — deyə Erkin Kərimli bildirib.

RƏHİM QƏDİROV

Menecerlər