ATAA-da keçirilən toplantıda gəlmə turizmlə bağlı məsələlər müzakirə edilib

341250735 2340295932828676 6483954307299932721 n
Aprelin 13-də Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) nəzdində fəaliyyət göstərən Gəlmə Turizm Komitəsinin toplantısı keçirilib.
ATAA-dan Turizmplus.az saytına verilən məlumata görə, 30-a yaxın şirkətin qatıldığı iclasda çıxış edən ATAA-nın İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov cari ilin ilk rübündə Assosiasiyanın gördüyü işlər, dövlət qurumları və təşkilatlarla, eləcə də xarici ölkələrin səfirlikləri ilə keçirilən görüşlər və tədbirlər, üzv şirkətlərin ən çox üzləşdiyi çətinliklər haqqında məlumat verib.
Toplantı çərçivəsində Gəlmə Turizm Komitəsinin rəhbəri Cəmilə Əliyeva gəlmə turizmdə mövcud olan bəzi problemlər, asan vizaların alınmasında üzə çıxan bir sıra çətinliklər, o cümlədən hotellər və nəqliyyat şirkətləri ilə əməkdaşlıq imkanları haqqında arayış verib.
Görüşdə həmçinin turizm bazarında sağlam rəqabətin formalaşdırılması və ATAA üzvlərinin beynəlxalq sərgilərdə iştirakı imkanları ətrafında fikir mübadiləsi aparılıb.
Tədbirin sonunda qaldırılan məsələlər haqqında təkliflər dinlənilib, problemlərin həlli yolları müzakirə olunub.
341098932 239404171912507 447179723948141835 n 341097621 6086203891477250 6006686805736856839 n 341295126 199976306117122 807364506525250650 n

Menecerlər