İş axtaranların nəzərinə: “Qonaqpərvərlik sənayesinin karyera günü”

340108432 537223268482809 7282830259984617685 n
Dövlət Turizm Agentliyi, Dövlət Məşğulluq Agentliyi və Peşə təhsili üzrə Dövlət Agentliyinin əməkdaşlığı, Azərbaycan Hotel Assosiasiyasının təşkilatçılığı ilə “Qonaqpərvərlik sənayesinin karyera günü” tədbiri keçiriləcək.
Turizmplus.az xəbər verir ki, aprelin 15-də “JW Marriott Absheron Baku” hotelinin “Şərq” zalında baş tutacaq tədbirdə Bakıda və Regionlarda yerləşən 40-dan çox hotel tədbirdə iştirak edəcək. Sənaye liderləri qonaqpərvərlik sahəsində karyera üstünlüklərini izah edən təqdimatlar, həmçinin seminarlar və master klasslar keçirəcəklər.

Dövlət Məşğulluq Agentliyi ilə əməkdaşlıq çərçivəsində hotellərdə mümkün vakansiyaların siyahısını təqdim edilib və tədbir qonaqpərvərlik sahəsində işaxtaranlar arasında aktiv şəkildə təbliğ edilir.

Menecerlər