ATAA nəzdində Gəlmə Turizm Komitəsi «Açıq qapı» günü elan edir — TARİX

ATAA logo page 0001

Azərbaycan Turizm Agentlikləri Assosiasiyası nəzdində fəaliyyət göstərən Gəlmə Turizm Komitəsi «Açıq qapı» günü keçirəcək.

Turizmplus.az xəbər verir ki, aprelin 13-də saat 11:00-da ATAA-nın baş ofisində Komitənin cari ildə ilk toplantısı keçiriləcək. İlk toplantıda ATAA sədri Göydəniz Qəhrəmanovun iştirakı ilə cari ilin aktual mövzu və problemləri, fəaliyyət mexanizmləri , qarşılıqlı əməkdaşlıq perspektivləri və s. müzakirə olunacaq.

Qeyd edək ki, görüş interaktiv formatda keçirləcək və yalnız ATAA üzvləri iştirak edə bilər.

 

Menecerlər