ATAA və “Amadeus” şirkəti əməkdaşlıq imkanlarını müzakirə ediblər

 

IMG 20230410 WA0000

Aprelin 10-da Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov aviabiletlərin bronlaşdırılmasını və satışını həyata keçirən beynəlxalq platformalardan biri olan “Amadeus” şirkətinin regional şöbəsininin müdiri Erik Vilyams ilə işgüzar görüş keçirib.

ATAA-dan Turizmplus.az saytına verilən  xəbərə görə, görüşdə iki tərəfli əməkdaşlıq imkanlarının inkişafı perspektivləri,birgə layihələrin və işbirliyinin yaradılması, kommunikasiya əlaqələrinin genişləndirilməsi, qarşılıqlı biznes fəaliyyətinin qurulması, təcrübə mübadiləsinin aparılması və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Müzakirələrdə həmçinin “Amadeus” şirkətinin Azərbaycan üzrə müdiri Təranə Useynova və şirkətin pərakəndə satış üzrə meneceri Mahnurə Qocayeva da iştirak ediblər.

Menecerlər