Venesuellalı turizmçilər Azərbaycanda təqdimat keçirib, info-tur gözlənilir — FOTOLAR

WhatsApp Image 2023 04 06 at 15.56.42

Aprelin 6-da Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov Venesuela Bolivar Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kristofer Alberto Martinez Berroteran, eləcə də Venesualla Turizm Nazirliyinin nümayəndələri və bir sıra turizm şirkətləri ilə əməkdaşlıq imkanlarının genişləndirilməsi və inkişafı məsələlərini müzakirə edib.

ATAA-dan Turizmplus.az saytına verilən məlumata görə, “AITF 2023” 19-cu Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər sərgisi çərçivəsində təşkil olunan görüşdə qarşılıqlı turizm əlaqələrinin gücləndirilməsi, birgə işbirliyinin formalaşdırılması, kommunikasiya əlaqələrinin genişləndirilməsi, eləcə də turist cəlbediciliyinin artırılması məqsədilə infoturların planlaşdırılması məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Görüş zamanı həmçinin iki ölkə arasında birbaşa aviauçuşların təşkili məsələsi də müzakirə olunub.

WhatsApp Image 2023 04 06 at 15.56.42 1 WhatsApp Image 2023 04 06 at 15.56.43

 

Menecerlər