“Biz yeni tərəfdaşlar axtarırıq və Çexiyada ənənəvi kurortlar təklif edirik” — Alena Kudilkova

project file 27 1680606058

Alena Kudilkova, Çexiya Milli Turizm Təşkilatının nümayəndəsi
Bu sərgiyə mütəmadi olaraq gəlirik və artıq təcrübəmiz var. Bu il ənənəvi olaraq əsas istiqamətimiz olan kurortları təklif edirik. Turistləriniz Çexiyanın daimi qonaqlarıdır, ona görə də biz ən məşhur kurortların nümayəndələrindən ibarət komanda topladıq.

Bu gün AITF 2023 sərgisində Karlovı Varı, Marianske Lazne, Frantiskovı Lazne və Qala Lazne kurortlarının menecerləri iştirak edirlər. Jachymov kurortunun və Karlovı Varının ən məşhur otelinin nümayəndələri də bizimlədir — Termal Hotel, keçən il saunaları və açıq mineral su hovuzları olan təmir edilmiş bir SPA mərkəzi təqdim etdilər, Teplice kurortunun nümayəndələri dayaq-hərəkət sistemində problemi olan turistləri müalicə edirlər.

COVİD-dən bərpa olunması üçün Luhacovice-də ağciyər xəstəlikləri üçün yeni proqram işlənib hazırlanmış məkanımız var. Bu istiqamətə diqqət yetiririk və altı partnyorumuz var. Artıq heç bir məhdudiyyətimiz yoxdur, hamımız sizin turistlərinizi sevinclə gözləyirik. Xüsusilə Bakı-Praqa-Bakı müntəzəm birbaşa reyslər açıldığı üçün biz qonaqları qəbul etməyə daim hazırıq.

Biz tərəfdaşları gözləyirik və bu olduqca vacibdir, çünki pandemiya zamanı əlaqələdə olduğumuz tərəfdaşlar dəyişib, ona görə də biz yeni əlaqələri inkişaf etdirmək istəyirik. Bu səbəbdən də biz Avropada müalicəyə yönəlmiş tərəfdaşlar axtarışında bir çox şirkət nümayəndələri ilə görüşəcəyimiz bu sərgi və B2B işgüzar görüşü üçün təşkilatçılara çox minnətdarıq.

Menecerlər