Məşhur tur-operator «Daxili turizmin təşkili üzrə mütəxəssis» axtarır

icons8 team yTwXpLO5HAA unsplash scaled

«Summer Tour Azerbaijan» tur-operatoru hazırda «Daxili turizmin təşkili üzrə mütəxəssis» vəsifəsinə təcrübəli namizədlər axtarır.

Bu barədə tur-operatordan Turizmplus.az saytına məlumat verilib.

Vəzifə öhdəlikləri:

· Mövcüd olan xarici partnyor şirkətlərlə daimə əlaqə saxlamaq, onların istək və sorğularını cavablandırmaq

· Rezervasiyaları şirkətin daxili rezervasiya sisteminə daxil etmək, nəzarət etmək və onları təhlil etmək

· Bütün tur ilə bağlı müraciətləri operativ hesablamaq və təhlil etmək (vizanın alınması, transfer və bələdçi xidmətlərinin şifarişi, otellərin bronlaşdırılması və s.)

· Turizm məhsulunu yaratmaq və cari məhsulu yeniləmək

· Məhsulu təbliğ etmək və satışını həyata keçirmək

· Hesabatları vaxtlı-vaxtında mühasıbatlığa təhvil vermək

· Daxili turizm proqramlarının hazırlanması və inkişafı məqsədilə reklam kompaniyaları, təqdimatlar, işgüzar danışıqlar, görüşlər və s. planlaşdırmaq və onlarda iştirak etmək

· Müştərilərə məlumatın çatdırılması qaydasını müəyyən etmək, vaxtında məlumatın müştərilərə çatdırılmasını təmin etmək

· Daxili turizm xidmətlərinin keyfiyyətli həyata keçirilməsi

· Sifarişləri qəbul etmək

· Elektron sorğuları vaxtında cavablandırmaq

· Hotelləri bronlaşdırmaq

· Elekron turistik viza dəstəyi hazırlamaq

· Hava limanı – otel transferlərinin sifariş etmək

· Tur paketlər yaratmaq

Tələblər:

· Turizm sahəsində 2 il peşəkar təcrübə

· Bakalavr təhsil dərəcəsi

· Azərbaycan, İngilis, Rus dilində yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı

· MS Office (Word, Excel, PowerPoint) proqramlarından istifadə bacarığı

· Problem həll etmə, planlama, vaxtın idarə edilməsi bacarıqları

· Yüksək ünsiyyət və komandada işləmək bacarıqları

· Yaranan problemləri tez bir zamanda həll etmək bacarığı

· İnternetdən aktiv istifadə etmək və sürətli axtarış

İş şəraiti:

· 5 günlük iş qrafiki

· İş saatı 10:00-19:00

· Ünvan: AF Mall 2-ci mərtəbə

Tələblərə cavab verən namizədlərdən mövzu yerində vakansiya adını qeyd etməklə CV-lərini 20.04.2023-cü il tarixinə qədər [email protected] ünvanına göndərmələri xahiş olunur.

İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Menecerlər