«AITF 2023» sərgisinin keçirilməsinə 1 gün qalır

634515cb6ae12634515cb6ae131665471947634515cb6ae10634515cb6ae11

6 aprel 2023-cü il tarixlərində Bakı Ekspo Mərkəzində Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər “AITF” sərgisi keçiriləcək.

Turizmplus.az xəbər verir ki, “AITF 2023” sərgisində dünyanın müxtəlif ölkələrindən, xüsusilə Azərbaycan, Belarus, Bolqarıstan, Çexiya, Gürcüstan, İsveçrə, Kuba, Özbəkistan, Polşa, Rusiya, Sloveniya, Tunis və digər ölkələrdən şirkətlər iştirak edir.

Bu il sərgi aşağıdakı sahələri əhatə edəcək:

• Xarici turizm (Outbound tourism)
• Yerli turizm (Domestic tourism)
• Gəlmə turizmi (Inbound tourism)

Tədbirin ziyarətçiləri iştirakçı şirkətlərin turizm sektorunda ən son təklifləri, “Azərbaycan fotoqrafların gözü ilə” adlı fotoqalereya, Panel müzakirəsi: Turizmdə rəqəmsal texnologiyalar, Talent space: Turizm sahəsinin mütəxəssisi ol və s. ilə tanış ola biləcəklər. Sərgi çərçivəsində səyahət bloggerləri ilə görüş və daha çox şeylər olacaq.

Ətraflı məlumat linkdə: www.aitf.az

Saytda qeydiyyatdan keçmək zərurlidir, linkə daxil olun: www.aitf.az/az/priqlasitelniy-bilet

Menecerlər