«I am Georgia» yalnız Azərbaycan turizmçiləri üçün eksklüziv qiymətlər təklif edir — Mixail Çerkezaşvilli

248294419 4265991596861385 8938277750650462549 n

Statistikalara görə, azərbaycanlı turistlərin ən çox səyahət etdiyi ölkələrdən biri də Gürcüstandır. Yay mövsümünə hazırlıq fonunda Turizmplus.az saytının qonağı Gürcüstanın məşhur tur-operatorlarından biri «I am Georgia» şirkətinin rəhbəri Mixail Çerkezaşvilli oldu:

— «I am Georgia» şirkəti 12 ildir, yəni yarandığı gündən Azərbaycan bazarı ilə birgə fəaliyyət göstərir. 2011-ci ildən şirkətin təsisçisi olaraq Azərbaycanın turizm şirkətləri ilə səmimi dostluq və işgüzar əlaqələr qurmuşam. Nəzərinizə çatdırım ki, rəhbərlik etdiyim şirkət yalnız Azərbaycan turizmçiləri üçün eksklüziv qiymətlər təklif edir. Fəaliyyətə başladığımız illərdən bu günə qədər tərəfdaşların işini asanlaşdırmaq naminə iqtisadi mövqeyimizi qoruyub saxlamışıq.

Bu günə qədər Azərbaycanın turizm istiqaməti olaraq Gürcüstanda təbliğat işinin aparılmasında «I am Georgia» şirkəti də rol oynayıb. Gələcəkdə bu istiqamətdə hansı addımlar atmağı düşünürsüz?

— Şirkətimiz həm yerli, həm də xarici turistlərə Gürcüstan-Azərbaycan birgə turlarını təklif edir və bu istiqamətdə dünyanın başqa ölkələrindən gələn turistlər arasında fəal reklam təbliğatı aparır. Onu da qeyd edim ki,  biz dünyanın bir çox tanınmış turizm sərgilərində iştirak edirik və bu sərgilərdə Gürcüstan-Azərbaycan birgə turlarının fəal təbliğatı aparılır. Bundan sonrakı dönəmdə də bu reklamlar həm sosial şəbəkələr həm də digər yollar vasitəsilə davam etdiriləcək.

14963150 1053292701449637 8882294347175854838 n

Aprelin 7-də Azərbaycanın turizm şirkətləri üçün keçiriləcək təqdimat mərasimi hansı məqsədləri daşıyır?

— Pandemiyadan sonra bu “I am Georgia” şirkətinin Bakıya ilk səfəridir. Azərbaycanlı həmkarlarımızla görüş ötən 2022-ci ilə yekun vurmaq, qarşıdan gələn mövsüm üçün vacib tərəfdaşlıq detallarını müzakirə etmək, həmçinin yeni münasibətlər qurmaq imkanı yaradacaq. Şirkətimiz mövsüm başlamazdan əvvəl müntəzəm olaraq ildə 2 dəfə Gürcüstanın müxtəlif şəhərlərinə info-turlar təşkil edir. 2019-cu ilin oktyabr ayında ilk info-turu baş tutub və bu ənənə hələ də davam edir. Bundan əlavə Bakıda şirkətimizin əvvəllər də təqdimatları və görüşləri keçirilib. Bu görüşlər həmkarlarımız tərəfindən hər zaman isti qarşılanıb və böyük marağa səbəb olub. Ümid edirik ki, aprelin 7-də «JW Mariott Absheron» hotelində keçiriləcək tədbir də turizmçilərin yaddaşında xoş hisslər buraxacaq.

WhatsApp Image 2023 03 31 at 11.12.07

Sonda azərbaycanlı turistlərə və turizm agentliklərinin nümayəndələrinə hansı çağırışları etmək istəyərdiniz?

— Gürcüstan və Azərbaycan xalqları dost xalqlardır. Ölkəmizə Azərbaycandan gələn turistlər tərəfimizdən xoş hisslərlə qarşılanır və bu hisslər hər zaman davam edəcək. «I am Georgia» şirkəti iki dövlət arasında turizm münasibətlərini möhkəmləndirmək və genişləndirmək ənənəsinə sadiq qalacaq.

Bütün kartları açmaq istəmirəm. Yerli turizm şirkətlərinin nümayəndələrini aprelin 7-də maraqlı surprizlər gözləyir. Bakıda görüşənədək !

Menecerlər