Turizmçilərlə digər sahə peşəkarları iftar süfrəsində bir araya gəlib — FOTOLAR

338816117 738312064632386 8882666600128644458 n

«Smart Hotel Management & Consulting şirkətinin» dəvəti və «Founder Club»un təşkilatçılığı ilə SMART Hotel qrupun nəzdində fəaliyyət göstərən «Home Suites Baku-Halal Hotel»də müxtəlif sahələrdə çalışan partnyorlarımız və «SKAL Baku» klubunun üzvləri ilə birgə iftar təşkil edilib.

Turizmplus.az xəbər verir ki, görüşün əsas məqsədi turizmçilərlə digər sahə peşəkarlarının bir araya gəlməsi, fikir mübadilələrinin aparılması və yeni biznes əlaqələrinin qurulması olub.

Tədbirdə «Smart Hotel» qrupun və «SKAL Baku» klubunun rəhbəri Ceyhun Aşurov qonaqlara turizm sahəsi ilə digər biznes sahələrinin birgə əməkdaşlıq sayəsində inkişafı haqqında məlumatlar verib. Ceyhun Aşurov bildirib ki, “Skal İnternational” turizm peşəkarları assosasiyası qlobal bir təşkilatdır. Dünyanın 80 ölkəsində 350 klubdan ibarət olmaqla fəaliyyət göstərir və dünyada 13 min nəfərə yaxın turizm peşəkarını birləşdirir. Skal Baku klubu da bu böyük ailənin bir üzvüdür.

338178169 174043008783939 4946959708779937089 n
Tədbirin sonunda Skal Baku klubunun qurucusu və ilk fəxri sədri Ruslan Quliyev qonaqlara qarşılıqlı biznes işləri və potensial əməkdaşlıq haqqında məlumatlar verib.
photo 2023 03 29 16 43 59

Tədbirin baş tutduğu “Home Suites Halal” hotelinin fəaliyyətinə toxunan Ceyhun Aşurov bildirib ki, Azərbaycanda halal konsepti qoruyan məkan olmaqla «Sizin Bakıdakı eviniz» şüarını daima qoruyub saxlayacaq.

Menecerlər