ATAA-nın təşkilatçılığı ilə turizm şirkətlərinin və hotellərin rəhbər şəxsləri bir araya gəldi — TURİZM+ TV

WhatsApp Image 2023 03 16 at 16.51.38

Azərbaycan Turizm Agentlikləri Assosiasiyası 2022-ci ildə Assosiasiyaya üzv olan şirkətlərlə qarşılıqlı biznes fəaliyyətinin qurulmasında sıx əməkdaşlıq edən və birgə iş birliyi formalaşdıran 30-a yaxın hotelin rəhbər şəxslərinə təşəkkürnamələr təqdim edib.

ATAA-dan Turizmplus.az saytına verilən məlumata görə, tədbirdə çıxış edən Assosiasiyanın İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov hotelllərlə turizm şirkətləri arasında birgə fəaliyyətin qurulmasının vacibliyinə toxunaraq qarşılıqlı iş birliyinin formalaşdırılmasının ölkə turizminin inkişafına daha çox fayda verə biləcəyini diqqətə çatdırıb.

Assosiasiya sədri rəhbərlik etdiyi qurumun gələcəkdə də turizm sənayesi nümayəndələri arasında sağlam rəqabətə əsaslanaraq qurulan qarşılıqlı biznes əlaqələrininin səmərəliliyinin artırılması və daha da genişləndirilməsi üçün bu istiqamətdə işlərin davam etdirəcəyini bildirib.

Hotel nümayəndələrinə təşəkkürnamələr Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov,Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov və Azərbaycan Hotel Assosiasiyasının İdarə Heyətinin sədri Eldar Əlimuradov tərəfindən təqdim olunub.

Tədbirdə hotel nümayındələri ilə yanaşı Assosiasiyaya üzv olab bir sıra şirkətlər,eləcə də Dövlət Turizm Agentliyinin və Azərbaycan Turizm Bürosunun nümayəndələri də iştirak ediblər.

Turizm şirkətləri

Menecerlər