«Bazar Turkish Cuisine» restoranında biznes səhər yeməyi təşkil olunub — TURİZM+ TV

photo 2023 03 14 13 49 53

Azərbaycanda fəaliyyət göstərən turizm şirkətlərinin nümayəndələri «Bazar Turkish Cuisine» restoranında bir araya gəlib.

Turizmplus.az xəbər verir ki, martın 14-də keçirilən tədbirdə 30-a yaxın aparıcı turizm şirkətinin nümayəndəsi iştirak edib. Görüşdə turizmçilərə restoran və «Bridge» şəbəkəsinə daxil edilən hotellər, istirahət mərkəzləri barədə məlumat verilib.

Bundan əlavə tədbir zamanı turizm şirkətləri ilə biznes əlaqələri müzakirə olunub, suallar cavablandırılıb.

Turizm+ TV görüşdən hazırlanan videoreportajı izləyicilərinə təqdim edir:

Menecerlər