İstanbul 2023-cü ildə kruiz turizminin mərkəzi olacaq — ARAŞDIRMA

photo 2023 02 24 16 28 03

Asiya və Avropanın qovuşma nöqtəsi olan İstanbul şəhərin özünəməxsus “Galataport İstanbul limanı” ilə kruiz turizminin mərkəzi hesab edilir. Karaköydəki bu yenilənmiş tarixi estakada  İstanbulu  sürətlə genişlənən  səyahət seqmenti olan kruiz turizmi üçün vacib bir qlobal məkan olaraq  diqqət mərkəzinə çəkir.

Səkkiz min kilometrdən uzun sahil xəttinə malik olan Türkiyə qeyri-adi və gözəl səyahət dayanacaqlarına,  eləcə də Aralıq dənizinin sevilən limanlarına ev sahibliyi edir. Türkiyənin kruiz turizm mərkəzlərindən biri olan İstanbul və onun əsas limanı olan Galataport İstanbul, qastronomiyadan alış-verişə, incəsənət və mədəniyyətdən tarixə qədər xüsusi və müxtəlif səyahət təcrübələri axtaran səyahətçilərin diqqətini cəlb edir.

Keçən il 150-yə yaxın gəmi, 350.000 sərnişin və heyətə ev sahibliyi edən Galataport İstanbul hər zövqə xitab edən bir sıra fərqli təcrübələri özündə birləşdirir. Kruiz turizminin yüksəlişini nümayiş etdirən İstanbul, bir çox kruiz xətti və fərqli tutumlu gəmilər tərəfindən ana liman kimi seçilib.

Ana liman olan Galataport İstanbul, Aralıq dənizi hövzəsindən Qara dənizə qədər geniş bir ərazidə kruiz turizminə böyük təkan, bölgənin və ölkənin turizm və iqtisadiyyatına isə əhəmiyyətli töhfə verir. 2014-cü ildə liman ərazisi ələ keçirilən zaman əsas liman əməliyyatlarının 15% olmasına baxmayaraq, Galataport İstanbuldan öz limanı kimi istifadə edən gəmilərin nisbəti hazırda 50%-ə qədər artıb və bu rəqəmin daha da artırılması üçün işlər davam edir.

İstanbul Antik Sarnıçlarından ilham alan ilk Yeraltı Kruiz Terminalı

Dünyada oxşar layihələrə ilham verən Galataport İstanbul, kruiz turistlərinə rahat və qüsursuz səyahət təcrübəsi vəd edən 29.000 m²-lik yeraltı kruiz terminalına malikdir. Red Dot Design mükafatına layiq görülmüş bu yeraltı kruiz terminalı özündə müasir və mədəni irsi birləşdirən dizaynı ilə hər kəsi heyran edir. Terminalın interyerində Roma və Bizans imperiyalarına aid, tarixi memarlığa və İstanbula istinad edən yuvarlaq sütun kənarlarından da istifadə edilib.

Boğaz mərkəzində qeyri-adi təcrübələr

Hər növ kruiz gəmilərinə və profillərinə ev sahibliyi etmək üçün nəzərdə tutulmuş Galataport İstanbul, Karaköyün mərkəzində tarixi və mədəniyyəti  ilə tamamlanan gəzinti ərazisi təqdim edir. Bundan əlavə bu geniş kompleksdə yüksək səviyyəli alış-veriş imkanı, türk və beynəlxalq mətbəxi olan  restoranlar, eləcə də incəsənət mərkəzləri, qapalı və açıq sərgilər var. Yerli brendləri yaxından tanıtmaq məqsədilə kruiz sərnişinləri və ekipaja xüsusi təkliflər edilir. Bu da qonaqlara fərqli təcrübə yaşamaq imkanı yaradır.

Canlı Karaköy məhəlləsində yerləşən Galataport İstanbul Ayasofya Məscidi, Sultanahmet Məscidi, Topkapı Sarayı və Yerebatan Sarnıcı kimi məşhur tikililərin yerləşdiyi tarixi yarımadaya piyada gedilə biləcək qədər yaxın məsafədədir. Kapalı Çarşı, Mısır Çarşısı, Galata Qülləsi, Taksim və Dolmabahçe də limana yaxın məsafədə yerləşir.

“Mimar Sinan Güzel Sanatlar Universitetinin İstanbul Rəsm və Heykəl Muzeyi” və bu il yenidən qonaq qəbul etməyə başlayacaq olan “Yeni İstanbul Modern Muzeyi” də Galataport İstanbul kompleksində yerləşir. Hər iki muzey türk və beynəlxalq sənət əsərlərinin görkəmli kolleksiyaları ilə tanınır.

19-cu əsrdə Sultan Əbdülməcid tərəfindən ucaldılan və Galataport İstanbul layihəsi çərçivəsində bərpa edilən Tophane Saat Qülləsi vaxtın və transformasiyanın gücünü təmsil edən meydanın mərkəzidir. 14.000 m² -lik Saat Qülləsi Meydanında il boyu canlı çıxışlar, xüsusi açıq hava sərgiləri, mədəni tədbirlər və Beyoğlu Mədəniyyət Marşrutu Festivalı kimi beynəlxalq festivallar keçirilir.

AYNUR ƏLLƏZOVA

Menecerlər