ATAA üzvləri “Ana harayı” abidəsini ziyarət edib

333518820 3575565462768820 6524185275557347337 n

Bu gün tarixin ən dəhşətli cinayətlərindən biri hesab edilən Xocalı faciəsindən 31 il ötür.

ATAA-dan Turizmplus.az saytına verilən məlumata görə, fevralın 26-da Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının bir sıra üzvləri Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar “Ana harayı” abidəsini ziyarət ediblər. Turizmçilər tərəfindən faciə qurbanlarının xatirəsini dərin ehtiramla yad olunub.

Qeyd edək ki,  Xocalı soyqırımı zamanı 106 qadın, 63 uşaq və 70 yaşlı insan olmaqla 613 nəfər qətlə yetirilib, 1275 sakin girov götürülüb, 150 nəfərin taleyi isə bu günədək naməlum qalıb.

Menecerlər