«I am Georgia» tur-operatorunun təşkilatçılığı ilə Bakıda möhtəşəm tədbir keçiriləcək — QEYDİYYAT

1677234512

Bakıda Gürcüstanın tanınmış «I am Georgia» tur-operatorunun təşkilatçılığı ilə tədbir keçiriləcək.

Turizmplus.az xəbər verir ki, tur-operatorun yeni məhsullarını təqdim edəcəyi görüş aprelin 7-də «JW Marriott Absheron Baku» hotelində baş tutacaq. Tədbirin gedişində hədiyyəli proqram, əməkdaş şirkətlərin təltifi və əyləncəli proqram təşkil olunacaq.

Proqram:

16:00 — 16:30 — Qeydiyyat
16:30 – 17:00 Kofe fasiləsi
17:00 – 18:30 Konfrans
19:00 – 22:00 Qala şam yeməyi, şou proqram, mükafatlar, hədiyyələr, lotereya və s.

Nəzərinizə çatdıraq ki, tədbir qapalı keçiriləcəyi üçün öncədən qeydiyyat tələb olunur. Hər şirkətdən 2 nəfər iştirak edə bilər.

Qeydiyyat üçün klikləyin.

Qeyd edək ki, Turizmplus.az saytı tədbirin rəsmi media tərəfdaşıdır.

Menecerlər