ATAA üzvləri üçün «Ivy Garden» hotelində təqdimat və səhər yeməyi baş tutacaq

1677239702

Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının təşkilatçılığı ilə «Ivy Garden» hotelində tədbir təşkil olunacaq.

Turizmplus.az xəbər verir ki, fevralın 27-də baş tutacaq görüşün əsas məqsədi hotel və hotel rəhbərliyi ilə daha yaxından tanış olmaq və qarşılıqlı olaraq əməkdaşlıq imkanlarını genişləndirməkdən ibarətdir.

Görüş səhər yeməyi formatında keçiriləcək və daha sonra isə hotel gəzintisi təşkil ediləcək.

Görüşdə iştirak etmək arzusunda olan (yalnız ATAA üzvü olan gəlmə şirkətlər) şirkətlər 25 fevral saat 18:00 tarixinə qədər [email protected] elektron ünvanına şirkətin və iştirak edəcək şəxsin adını göndərməklə qeydiyyatdan keçə bilərlər.

Menecerlər