Gəncə hava limanından iki yeni istiqamətə uçuşlar başlayır

1677065356

«Azərbaycan Hava Yolları” aviaşirkəti Gəncədən Rusiyanın iki şəhərinə — Moskva və Sankt-Peterburqa uçuşlar üçün aviabilet satışına başlayır. Reyslər hər həftə yerinə yetiriləcək.

Turizmplus.az xəbər verir ki, aviaşirkətin Bakı – Moskva — Gəncə — Moskva — Bakı marşrutu üzrə ilk reysi martın 17-də həyata keçiriləcək. AZAL bu istiqamətdə həftədə üç dəfə – bazar ertəsi, cümə və şənbə günləri uçacaq.

Martın 19-dan etibarən isə aviaşirkət Bakı — Sankt-Peterburq — Gəncə — Sankt–Peterburq — Bakı istiqamətində həftədə bir dəfə — bazar günləri uçuşlara başlayacaq.

İyun ayından etibarən hər iki marşrut üzrə uçuş cədvəlinə daha bir reys əlavə edilərək, müvafiq olaraq çərşənbə və cümə axşamı günləri yerinə yetiriləcək.

Menecerlər