Türk Hava Yollarının bu tarixə olan Bakı reysi ləğv edildi

«Yaşanan zəlzələ fəlakəti ilə bağlı bizlərdə psixoloji ağır dönəmdən keçirik. Bizə zəng edib hüznlərini bildirən, dəstək olmağa çalışan hər bir agentliyə təşəkkürümüzü bildiririk. Fəlakət ərazilərinə yardımların qısa zamanda çatdırılması və lazımı köməkliklərin edilməsi üçün daha çox təyyarəyə ehtiyac olduğundan Bakı uçuşlarımızın da bəzilərində ləğvlər yaşanmaqdadır».

Turizmplus.az xəbər verir ki, bu barədə açıqlamanı Türk Hava Yollarının Bakı nümayəndəliyi yayıb. Qeyd olunub ki, bununla bağlı 14 fevral tarixli İstanbul TK 338 \ Baku TK 339 reysi ləğv edilib.

Qeyd edək ki, Bakı uçuşlarında yeni ləğvlər gözlənilmir.

Menecerlər