Turizmçilər Türkiyə Cümhuriyyətinin Azərbaycandakı səfiri Cahit Bağçı ilə görüşüb

Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov, Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının sədri Ruslan Quliyev, eləcə də «SKAL» Azərbaycan Klubunun rəhbəri Ceyhun Aşurov və Türkiyəyə təşkil edilən yardım aksiyasının koordinatoru Rəhim Qədirov Türkiyənin Azərbaycandakı səfirliyini ziyarət edib, qardaş ölkənin səfiri cənab Cahit Bağçı ilə görüşərək baş vermiş zəlzələ nəticəsində çox sayda insanın həlak olması ilə əlaqədar başsağlığı veriblər.

ATAA-dan Turizmplus.az saytına verilən məlumata görə, zəlzələdən sonra qısa zamanda turizmçilərin toplaşaraq fəlakət zonasına yardım göndərdiklərini bildirən Göydəniz Qəhrəmanov Azərbaycan turizimçilərinin hər zaman qardaş türk xalqının yanında olacaqlarını və bundan sonra da lazımı yardım və dəstəyin göztəriləcəyini qeyd edib.

Sonda Assosiasiya rəhbərləri bir daha baş vermiş güclü zəlzələ nəticəsində həyatlarını itirən faciə qurbanlarının ailələrinə başsağlığı verib, onlara Allahdan rəhmət diləyib, xəsarət alanlara isə tezliklə şəfa tapmalarını arzulayıblar.

Menecerlər