“ZD Travel” şirkətinin rəhbəri parlament seçkilərində iştirak edəcək

 

Azərbaycanın məşhur turizm agentliklərindən olan “ZD Travel” şirkətinin rəhbəri Vəli Dünyamalıyev namizədliyini 40 Saylı Kəpəz ikinci seçki dairəsindən irəli sürüb.

Turizmplus.az saytına bu məlumatı namizədin seçki qərargahından veriblər. Vəli Dünyamalıyev təhsilinin ilk illərini Gəncədəki 16 saylı orta məktəbdə alıb. Ali təhsilini BDU-nun hüquq fakultəsində alan Vəli Dünyamalıyev uzun illər Milli Təhlükəsizlik Nazirliyində çalışıb. 2010-cu ildən etibarən isə turizm sahəsində fəaliyyət göstərir. Ailəlidir, 2 övladı var.

Qeyd edək ki, o, Daxili işlər nazirinin sabiq birinci müavini mərhum general Zahid Dünyamalıyevin oğludur.

Paylaş

Əvvəlkİ

Yeni Suraxanı ərazisindən Heydər Əliyev Beynəlxalq Aeroportuna gəlmək artıq daha rahatdır

Sonrakı

Во Вьетнаме иностранных туристов наконец-то уравняли с местными жителями